"Gələn il Azərbaycanın turizm sektorunda 48 % artım olacağı gözlənilir".
Bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məslisin bu gün keçirilən plenar iclasında - “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində bildirib.
"Proqnozun kəskin artımı post-pandemiya dövründə bu sahədə sıçrayışlı artım gözlənilməsi ilə bağlıdır. Növbəti illərdə də turizmdə ikirəqəmli artım olacaq", - deyə o qeyd edib.