15 Noyabr 2021, 13:57

“Azərbaycan viza prosedurlarını sadələşdirməklə bu rəqəmi 10 milyona çatdıra bilər”

Türkiyənin maliyyə və xəzinədarlıq nazirinin müavini Nureddin Nebati belə bir açıqlama verib
“Azərbaycan viza prosedurlarını sadələşdirməklə bu rəqəmi 10 milyona çatdıra bilər”

“Bakıya 18 il əvvəl birgünlük gəlmişdim. Sonra bir neçə dəfə də gəlmək imkanım oldu. Bir şəhər bu qədər gözəlləşə bilərmi? Heyran olmamaq mümkün deyil”.

Bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) Türkiyənin maliyyə və xəzinədarlıq nazirinin müavini Nureddin Nebati deyib.

“Hazırda Azərbaycan ildə 3 milyon turist qəbul edir və viza prosedurlarını sadələşdirməklə bu rəqəmi 10 milyona çatdıra bilər”, - o bildirib.

Bundan başqa, Türkiyə rəsmisinin sözlərinə görə, Qarabağın işğaldan azad edilməsi iş adamları üçün yeni imkanlar yaradır. Dövlətin də investisiya qoyuluşu üçün imkanları var.

“Azərbaycan neftin ucuzlaşmasına görə itirdiyi vəsaiti artıq bərpa etməkdədir”, - N.Nebati əlavə edib.

Teqlər: