11 Noyabr 2021, 14:56

Azərbaycan və Hindistan peyvənd sertifikatlarını qarşılıqlı olaraq tanıdı

Bu, həmin ölkələrin vətəndaşlarının qarşılıqlı səfərləri zamanı müəyyən güzəştlər deməkdir
Azərbaycan və Hindistan peyvənd sertifikatlarını qarşılıqlı olaraq tanıdı

Azərbaycan və Hindistan peyvənd sertifikatlarının qarşılıqlı tanınması haqqında razılığa gəliblər, bu barədə Times of India xəbər verir.

Hazırda dünyanın 96 ölkəsi Hindistanla peyvənd sertifikatlarının qarşılıqlı tanınması barədə razılığa gəlib, həmçinin Hindistanın COVISHIELD peyvəndini milli səviyyədə tanıyıb. Ölkənin Səhiyyə naziri Mansux Mandavia bəyanatında bu məlumatları təqdim edib. 

“Müvafiq olaraq, Səhiyyə Nazirliyinin əcnəbilərin səfərləri ilə bağlı təlimatında qeyd olunduğu kimi, bu ölkələrdən gələn şəxslərə müəyyən güzəştlər tətbiq edilir”.

Qeyd olunur ki, bu ölkələrə Azərbaycan, Türkiyə, Moldova, Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan, Ermənistan, Qırğızıstan, həmçinin ABŞ, Kanada, Avropanın bir çox ölkələri və Yaxın Şərq daxildir.

Teqlər: