10 Noyabr 2021, 10:17

Azərbaycan Həmkarlar İttifaqı pulsuz göndəriş verilməsini dayandırdı

Xüsusi göndərişi tam və ya qismən ödəniş etməklə əldə etmək olar
Azərbaycan Həmkarlar İttifaqı pulsuz göndəriş verilməsini dayandırdı

Azərbaycanda ötən il kurort-sanatoriyalara 254 pulsuz yollayış verilsə də, bu il bütün yollayışları dəyəri tam və qismən (15%) ödənilməklə verilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının məlumatına görə, bu tendensiya gələn il də davam etdiriləcək, yəni pulsuz yollayış verilməyəcək.

2020-ci ildə Azərbaycanda ümumi dəyəri 5,219 milyon manat təşkil edən 4 180 yollayış verilib. 1 yollayışın qiyməti 1 249 manat təşkil edib. Amma yollayışların 1,622 milyon manatlıq hissəsi və yaxud 428-i dəyəri qismən ödənilməklə satılıb.

2021-2022-ci illərdə isə ölkədə ümumi dəyəri müvafiq olaraq 16 milyon manat təşkil edən 11 955 yollayışın və 20,8 milyon manat təşkil edən 13 183 yollayışın veriləcəyi gözlənilir. Beləliklə, 1 yollayışın qiyməti müvafiq olaraq 1 338 manat və 1 578 manat təşkil edəcək. Amma bu il yollayışların 5,66 milyon manatlıq hissəsi və yaxud 2 168-i, gələn il isə 7,48 milyon manatlıq hissəsi və yaxud 2 558-i dəyəri qismən ödənilməklə satılacaq.

Teqlər: