10 Noyabr 2021, 09:27

Qazaxıstanda peyvənd olunmayanların ticarət və əyləncə mərkəzlərinə girişi qadağan edildi

Qərar noyabrın 8-dən qüvvədədir
Qazaxıstanda peyvənd olunmayanların ticarət və əyləncə mərkəzlərinə girişi qadağan edildi

Noyabrın 8-dən etibarən Qazaxıstanın paytaxtı Nur Sultanda yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunmayanların iş günləri ticarət və əyləncə mərkəzlərinə girişi qadağan edilib.

Paytaxt akimatlığından (qubernatorluq) verilən açıqlamada, qərarın paytaxtda epidemioloji vəziyyəti nəzarətdə saxlamaq və virusun daha sürətlə yayılmasının qarşısını almaq məqsədilə verildiyi bildirilib.

Qeyd edək ki, ölkə daxilində daha əvvəl COVID-19-a qarşı peyvənd olunmayanların həftə sonları ticarət və əyləncə mərkəzlərinə girişi qadağan edilmişdi.

Qazaxıstan Səhiyyə Nazirliyinin hazırkı məlumatlarına görə, 19 milyon əhalisi olan ölkədə virusa qarşı tam peyvənd olunanların sayı 7 milyon 674 mini keçib.

Ölkədə son 24 saat ərzində 1031 yeni yoluxma halı qeydə alınaraq, ümumi yoluxma sayı 950 minə yaxınlaşıb. Ölənlərin sayı 9 nəfər artaraq 12 min 259 nəfərə çatıb.

Teqlər: