1 Noyabr 2021, 13:03

Türkiyə yeni halal turizm və halal akkreditasiya proqramları hazırlayır

Türkiyə yeni halal turizm və halal akkreditasiya proqramları hazırlayır

Türkiyənin halal məhsul bazarından daha böyük pay alması üçün səyləri artırmağı hədəfləyən hökumət 2022-ci il üçün İllik Proqramında açıqlanan inkişaf planına əsasən, tədiyyə balansında mərhələli və daimi yaxşılaşma təmin etmək üçün yeni strategiyalar müəyyən edib.

Müəyyən edilmiş yeni strategiyalara uyğun olaraq halal müayinə və halal turizm kimi yeni halal akkreditasiya proqramları yaradılacaq. Proqramının Siyasət və Tədbirlər bölməsində Halal Akkreditasiya Agentliyinin institusional potensialının gücləndiriləcəyi, fəaliyyət həcminin və çeşidinin artırılacağı bildirilir.

Bununla bağlı görüləcək tədbirlər və həyata keçiriləcək layihələr dörd maddədə aşağıdakı kimi qeyd olunub:

1) Halal akkreditasiya prosedur və prinsiplərini tənzimləyən icra sənədləri hazırlanacaq. Sözügedən sənədlər Halal Akkreditasiya Agentliyi tərəfindən həyata keçirilən bütün yoxlamalardan əldə ediləcək təcrübədən istifadə edilərək yenilənəcək.

2) Qida və xidmət sektorları kimi kritik tətbiq sahələrində halal standartlarının yaradılması ilə məşğul olan SMIIC tərkibində yaradılan texniki komitələr uyğun beynəlxalq standartlar hazırlayacaq.

3) Halal akkreditasiyasının tətbiqi sahələrinin genişləndirilməsi ilə (halal müayinə, halal turizm və s.) yeni halal akkreditasiya proqramları yaradılacaq.

4) Halal keyfiyyət infrastrukturunda işləyəcək insan kapitalının gücləndirilməsi və institusional potensialın artırılması məqsədilə təlimlər təşkil olunacaq.

Teqlər: