1 Noyabr 2021, 12:48

2022-ci ilin ən yaxşı 10 istirahət yeri bəlli oldu

ABŞ-ın səyahət nəhəngi Lonely Planet ən yaxşı istirahət yerlərinin adlarını açıqladı
2022-ci ilin ən yaxşı 10 istirahət yeri bəlli oldu

Koronavirus epidemiyasından sonra karantin məhdudiyyətlərinin qaldırılması ilə ölkələr yavaş-yavaş qapılarını turistlərin üzünə açmağa başlayır, səyahət agentliklərinə tələb isə günü-gündən artır.

ABŞ-ın səyahət nəhəngi Lonely Planet tərəfindən nəşr olunan son kitabda 2022-ci ilin ən yaxşı tətil yerləri açıqlanıb. Lonely Planet-ə görə, 2022-ci ildə 10 tətil yeri bunlardır:

10) Dünyanın yeddi möcüzəsindən biri olan Giza Piramidalarına ev sahibliyi edən Misirdəki piramidaların ən qədimi olan Dozer Piramidası. Pramida keçən il yenidən ictimaiyyətə açıldı.

9) Şərqi Afrikada yerləşən Malavidə filləri, babunları, begemotları və digər heyvanları təbii mühitlərində seyr edə biləcəyiniz safarilər ən populyar istiqamətlərdən biridir.

8) Everest dağının vətəni olan Nepalda Everest hələ də macəra həvəskarları üçün cazibədir.

7) Sizcə Norveç fyordları olan dünyada yeganə yerdir? Bu o deməkdir ki, siz heç vaxt Omanda olmamısınız.

6) Karib dənizindəki və Böyük Britaniyaya aid olan Anguilla, şüşə kimi dənizi, dəbdəbəli otellər, təbii möcüzəli çimərlikləri və koronavirusla mübarizədəki uğurları ilə 2022-ci ildə ən çox seçilən istirahət yerlərindən biri olacağına işarədir.

5) Şərqi Avropada yerləşən və əyləncəli gecə həyatı, mətbəx mədəniyyəti ilə seçilən Sloveniya, ölkədə mütləq ziyarət edilməli olan təbii gözəllikləri ilə sizi heyran edəcək.

4) Maya xarabalıqlarını araşdırmaq, dərin mavi sularda üzmək və vəhşi təbiəti yaxından görmək istəyirsinizsə, YUNESKO-nun Ümumdünya İrs siyahısında olan Mərkəzi Amerikada yerləşən Belizeyə mütləq getməlisiniz. Beliz öz Baryer rifi ilə seçilir.

3) Hind okeanında, Madaqaskardan təxminən 700 mil şərqdə yerləşən Mavrikiy ada dövləti saysız-hesabsız su idmanı, dağ gəzintisi təklif edir və gözəl qolf meydançaları ilə örtülüdür. Əla yeməklər, üç və dörd ulduzlu otellər, dünyanın ən yaxşı botanika bağlarından biri, yaxşı gecə həyatı, gözəl çimərlik barları, YUNESKO-nun Dünya İrsi Saytları ilə 2022-ci ildə ovçuluq, quş seyri ən populyar istiqamətlər arasında olacaq.

2) Dünyanın ən xoşbəxt ölkələrinin zirvəsində olan Norveç, 2022-ci ildə dünyanın ən şimal fıstıq meşəsi olan Bøkeskogendən fyordlarına qədər ən çox seçilən yerlərdən biri olacaq.

1) Lonely Planet kitabında birinci yerdə Sakit okeanın cənubunda 15 adadan ibarət olan Kuk adaları var. Möhtəşəm dəniz və sualtı dünyası ilə yanaşı, adada yerli sakinlər və qorunan kəndlər də turistlər üçün maraqlıdır.

Teqlər: