29 Oktyabr 2021, 14:55

Əcnəbilər Azərbaycanda daha çox bank kartları ilə ödəmə edirlər

Əməliyyatların həcmi 2,4 dəfə artıb
Əcnəbilər Azərbaycanda daha çox bank kartları ilə ödəmə edirlər

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 836,5 milyon manatlıq ($492 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.

2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə əməliyyatların həcmi 2,4 dəfə artıb.

Mərkəzi Bankın dəqiqləşdirilmiş məlumatına əsasən, yanvar ayında aparılan əməliyyatların həcmi 72,2 milyon manat, fevral ayında 112,2 milyon manat, mart ayında 93,2 milyon manat, aprel ayında 64 milyon manat, may ayında 81,3 milyon manat, iyun ayında 90 milyon manat, iyul ayında 95,1 milyon manat, avqust ayında 104,2 milyon manat, sentyabr ayında – 124,3 milyon manat təşkil edib.

2020-ci ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 430,2 milyon manat ($253,1 milyon) təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 65,8% azdır. Bu azalma koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərlə şərtlənib.

Teqlər: