29 Oktyabr 2021, 10:59

Türkiyənin Galataport limanı 25 milyon ziyarətçi hədəfləyir

Liman oktyabrın sonunda açılır
Türkiyənin Galataport limanı 25 milyon ziyarətçi hədəfləyir

Türkiyənin Galataport limanı oktyabrın sonunda açılır. Hər il 8,5 milyonu əcnəbi olmaqla ümumilikdə 25 milyon ziyarətçi hədəflənir.

Galataport Limanında 2014-cü ildə başlayan təmir işləri başa çatıb. Boğaza baxan Karaköy sahilində 1,2 km uzanan ərazi dünyanın ən dəbdəbəli limanlarından biri olmaq məqsədi ilə bu ayın sonunda qapılarını açır.

1,7 milyard dollar investisiya dəyəri olan Galataportda mağazalar və yemək-içmə sahələrinin doluluq nisbəti 80%-i keçib.

Galataportun alış-veriş və restoran sahəsinin məhəllə quruluşu ilə yaradıldığını deyən baş direktor Tolqa Engin layihənin ətrafında yerləşən tarixi binalarla bir bütövlük yaratdığını izah etdi.

Minlərlə insanı işlə təmin edəcək layihədə hər il 8,5 milyonu əcnəbi olmaqla cəmi 25 milyon ziyarətçi hədəflənir.

Teqlər: