27 Oktyabr 2021, 10:33

Kosmosda “kosmik otel” stansiyası açılacaq

Blue Origin aerokosmik kompaniyası aşağı yerətrafı orbitdə kommersiya sttansiyası yaradacaq
Kosmosda  “kosmik otel” stansiyası açılacaq

Amozonun qurucusu Cef Bezosa məxsus Blue Origin aerokosmik kompaniyası cari onilliyin ikinci yarısında aşağı yerətrafı orbitdə kommersiya kosmik stansiyası açmağı planlaşdırır.

Financial Times nəşrinə istinadla xəbər verir ki, Blue Origin və onun layihə üzrə əsas tərəfdaşı Sierra Space stansiyanın kosmosda çoxfunksiyalı “biznes-park” olacağını hesab edir. Stansiyanın tutumunun on nəfərədək olacağı nəzərdə tutulur.

Layihənin saytında deyilir ki, “Orbital rif” (Orbital Reef) adlandırılacaq stansiya “kosmik otel”, mikroqravitasiya şəraitində filmlər çəkilişi, yaxud ən müasir tədqiqatlar üçün ideal yer olacaq.

Qəzetin yazdığına görə, layihəyə investisiyanın həcmi məlum deyil. Ona cəlb olunan digər kompaniyalar arasında Boeing Co., Redwire Space və Genesis Engineering Solutions də var.

Teqlər: