19 Oktyabr 2021, 11:27

Türkiyə lirənin ucuzlaşması səbəbindən ən ucuz tətil məkanı oldu

Türkiyə lirənin ucuzlaşması səbəbindən ən ucuz tətil məkanı oldu

İngiltərə mediasının son məlumatlara görə, Türk Lirəsinin dollar və sterlinq qarşısında dəyər itirməsi səbəbindən hazırda Türkiyə ən ucuz turizm ölkəsi oldu.

British Travel Weekly xəbər saytı yazır ki, Aralıq dənizinin ən sevimli istirahət yerlərində aparılan araşdırmada, ingilis ailəsi üçün Marmarisdəki qiymətlər, siyahıda ikinci sırada olan Portuqaliyanın Algarve bölgəsi istisna olmaqla, bütün bölgələrdəki qiymətlərin yarısından azdır.

Sözügedən anket araşdırmasına görə, dörd nəfərlik bir İngilis ailənin bir fincan qəhvə, 1 şüşə pivə, 1 banka kola, 1 qədəh şərab üçün bir kafedə və ya barda ödəyəcəyi ümumi xərc 34,8 funtdur (təxminən 446,8 Türk Lirəsi), bu qiymət 2019-cu ilə nisbətən dəfələrlə ucuzdur.

Türkiyədən sonra dörd nəfərlik İngilis ailəsi Portuqaliyanın Algarvesində 47,9, İtaliyanın Madeirasında 71,0, İspaniyanın Costa del Sol bölgəsində 71,03 lirə ödəyəcək.

Teqlər: