18 Oktyabr 2021, 12:38

Azərbaycan ilə Qətər arasında viza rejimi ləğv olundu

Azərbaycan ilə Qətər arasında viza rejimi ləğv olundu

"Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında viza rejiminin ləğv olunması haqqında sənəd imzalanıb”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb.

Sənəd bu gün Bakıya rəsmi səfərə gələn Baş nazirin müavini, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş çərçivəsində imzalanıb.

Azərbaycanın xarici işlər nazirinin sözlərinə görə, ölkələr arasında vizasız rejim turizm sahəsində əməkdaşlığın inkişafına kömək edəcək.