Ən çox turist cəlb edən ölkələrin - REYTİNQİ

Ən çox turist cəlb edən ölkələrin - REYTİNQİ

Ümumdünya Turizm Təşkilatının (UNWTO) məlumatına görə, 2022-ci ildə təxminən 1 milyard insan səyahət edib. Pandemiya səbəbindən bu rəqəm 2021-ci ildə 447 milyon, 2020-ci ildə isə 409 milyon olub.

UNWTO-ya üzv ölkələrin məlumatlarında 2019-cu ildə ən çox ziyarətçi qəbul edən ilk 10 ölkə siyahısında altıncı olan Türkiyə, 2022-ci ildə gəlir artımındakı performansı ilə üçüncü yerə yüksəldi. Fransa, İspaniya və Türkiyə 2022-ci ildə ən çox turist gələn ölkələr arasında ilk üçlükdədir. Türkiyə 51 milyon turistlə 50 milyon turistə çatan ABŞ və İtaliyanı geridə qoyub.

Fransa 82 milyon turistlə birinci yeri tutarkən, İspaniyanın 74 milyon turistə ev sahibliyi edəcəyi təxmin edilir. Ən çox turist qəbul edən ölkələr kimi Meksika, Yunanıstan, İngiltərə, Almaniya və Portuqaliya da qeyd edilib.