Mərakeşə e-viza ilə səfər edə biləcəyik

Mərakeşə e-viza ilə səfər edə biləcəyik

Gələn ildən Azərbaycan vətəndaşları Mərakeşə elektron viza ilə səfər edə biləcəklər.

Bu barədə Mərakeşin Azərbaycandakı səfirliyi məlumat yayıb.

2023-cü il yanvarın 10-dan Azərbaycan və digər beş ölkənin vətəndaşları elektron viza almaqla Mərakeşə səfər etmək imkanı əldə edəcəklər.

Azərbaycan vətəndaşları viza üçün eyni zamanda Mərakeşin Bakıdakı səfirliyinə də müraciət edə bilərlər.