8 Oktyabr 2021, 10:27

İtaliya karantin şərtlərini yumşaltdı

Yeni qaydalar oktyabrın 11-dən qüvvəyə minir
İtaliya karantin şərtlərini yumşaltdı

İtaliyada karantin rejiminin qaydaları yumşaldılır. Mədəniyyət və idman obyektlərində, eləcə də diskotekalarda tutumun artırılmasına dair yeni qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Belə ki, yeni qaydalara əsasən, oktyabrın 11-dən etibarən ölkədəki teatr, kinoteatr və mədəniyyət evlərində (yalnız ağ zonada) ümumi tutumun 100 faizinə, ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə isə qapalı diskotekaların fəaliyyətinə icazə veriləcək.

Stadionlarda tamaşaçı tutumu 75 faiz, qapalı idman salonlarında oturacaqların doluluq nisbəti 60 faiz olmalıdır. Bu məkanlara girişdə “Yaşıl keçid kartı” (“Green pass” və ya vaksin sertifikatı) tələb ediləcək.

Teqlər: