7 Oktyabr 2021, 17:05

Azərbaycanda ov mövsümü açıldı. Nəyi, nə vaxt, neçəsini ovlaya bilərsiniz - CƏDVƏL

Ov Məsələləri üzrə Koordinasiya Şurasının iclası keçirilib
Azərbaycanda ov mövsümü açıldı. Nəyi, nə vaxt, neçəsini ovlaya bilərsiniz - CƏDVƏL

Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və ov mövsümünün açıq elan edilməsinə qərar verilib.

Azərbaycan Respublikası ərazisində 2021-2022-ci illər üzrə ov mövsümünün başlanması ilə bağlı vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları, ov icazələrinin  bölgü cədvəlləri hazırlanıb.

Respublika ərazisində 2021-2022-ci illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları aşağıdakı kimi təyin edilib:

Ov obyekti olan vəhşi heyvan

və quş  növü

Ovlanma müddəti

 

 

 Adambaşına

 1 dəfəlik  norma

 

Qaban (Çöl donuzu)

 

8 oktyabr-26 dekabr 2021-ci il              

 

 

 1 baş (3 nəfərdən

 az olmayan qrup

 ovçulara)

Dovşan

12 noyabr 2021-ci ildən 

9 yanvar 2022-ci ilədək

 2 baş

Bataqlıq qunduzu (nutriya)

 

8 oktyabr 2021-ci ildən

13 fevral 2022-ci ilədək

 

Nutriya təsərrüfatları

 olan təşkilatlar

 

 

Cüllüt (ağquyruq çökükburun, 

qırqıldayan cüllüt, kiçik kroşnep  

və çöl haçaquyruq cüllüt

istisna olmaqla)                                               

  8 oktyabr 2021-ci ildən

  21 noyabr 2021-ci ilədək

 6 ədəd

 

 

Qaz (ağ qaş və qırmızı döş qaz

istisna olmaqla)         

 

 

 8 oktyabr 2021-ci ildən 

 27 fevral 2022-ci ilədək

 

 1 ədəd

 

 

 

Ördək (ağgöz qara ördək, göydimdik,

qılquyruq ördək və mərmər cürə

istisna olmaqla)

 

 8 oktyabr 2021-ci ildən 

 27 fevral 2022-ci ilədək

 

 4 ədəd

 

Qaşqaldaq

 

8 oktyabr 2021-ci ildən

27 fevral 2022-ci ilədək

 

 6 ədəd 

Alabaxta

8 oktyabr-14 noyabr 2021-ci il

 2 ədəd

Bildirçin

8 oktyabr -14 noyabr 2021-ci il

 4 ədəd

Göyərçin

8 oktyabr-14 noyabr 2021-ci il

 4 ədəd

 

Teqlər: