Dubay daha çox azərbaycanlı turistləri cəlb etməyə başladı

Dubay daha çox azərbaycanlı turistləri cəlb etməyə başladı

2022-ci ilin yanvar-oktyabr ayları arasında Dubaya (Birləşmiş Ərəb Əmirlikləri) 22 833 Azərbaycan vətəndaşı səfər edib.

Bu barədə Dubayın İqtisadiyyat və Turizm Departamentinin nümayəndəsi Nigar Səmədova məlumat verib.

Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 89% çoxdur.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin 10 ayı ərzində 1215,5 min Azərbaycan vətəndaşı xarici səfərlər edib ki, bu da ötən ilki göstəricidən 1,6 dəfə çoxdur.

report.az