Azərbaycanda xarici turistlər üçün Çağrı Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda xarici turistlər üçün Çağrı Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda üç dildə “Turist Çağrı Mərkəzi” xidmətinə start verilib.

Bunu Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, 848 nömrəli “Turist Çağrı Mərkəzi” Azərbaycan, rus və ingilis dillərində xidmət göstərəcək.

Məlum olub ki, xidmət xarici turistlərin müraciətləri nəzərə alınmaqla yaradılıb və onların məmnunluq səviyyəsinin artırılmasına yönəlib.

“Ümid edirik ki, bu xidmət ölkədə turizm sənayesinin inkişafına müsbət təsir göstərəcək”, - deyə F.Nağıyev əlavə edib.

Birinci mərhələdə xidmət həftə içi saat 9.00-dan 18.00-a qədər etibarlı olacaq, lakin gələcəkdə, zəruri hallarda, giriş vaxtı artırıla bilər.

Səyahət Agentlikləri də əmindirlər ki, bu xidmət sayəsində Azərbaycanda turistlərin əsas ehtiyaclarını müəyyən etmək və onların ölkəmizdə üzləşdiyi problemləri tez həll etmək mümkün olacaq.