Azərbaycan prezidenti İlham Əliyev Rusiyadan turist axınının artmasına və uçuşların sayının çoxalmasına ümid edir.
TASS xəbər verir ki, dövlət başçısı Bakıda səfərdə olan Rusiyanın Baş naziri Mixail Mişustini qəbul edərkən deyib:
“Səfəriniz ərəfəsində mən statistikaya baxdım və şadam ki, uçuşların sayı artır. "Həftədə 130-dan çox reys, yəni biz praktiki olaraq ən yüksək göstəricilərə çatmışıq", - Əliyev deyib.
“Pandemiya ilə bağlı azalma oldu, biz hələ pandemiyadan əvvəlki səviyyəyə çatmamışıq, lakin ölkələrimiz arasında sıx, dostluq münasibətlərini nəzərə alaraq, müttəfiq qarşılıqlı əlaqələri nəzərə alaraq, əməkdaşlıq gündəliyinin genişləndirilməsini gözləyirik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Dövlət başçısı onu da qeyd edib ki, bu il Rusiyadan turist axını təxminən 80 faiz artıb.