Bu ilin yanvar-sentyabr aylarında əcnəbilər bank kartları vasitəsi ilə 1 milyard 657,7 milyon manatlıq (təxminən 1 milyard ABŞ dolları dəyərində) əməliyyat aparıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 97,7 % çoxdur.
Təkcə sentyabr ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 155,5 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 25 % çoxdur.