6 Oktyabr 2021, 11:30

Telefonsuz, radiosuz, televizorsuz və dördüncü divarsız otel

Telefonsuz, radiosuz, televizorsuz və dördüncü divarsız otel

Karib dənizinin sahillərində yerləşən “Jade Mountain Resort” oteli bu günədək qonaqlarını heyrətləndirməkdə davam edir.

Oteldə hər şey insanların rahatlığı və yaxşı istirahəti üçün düşünülüb.

Burada nəinki telefon, hətta radio və televizor da yoxdur. İnternetə giriş yalnız qəbul otağında mümkündür. Maraqlısı odur ki, otelin hər otağı yalnız üç divardan ibarətdir. Dördüncü divarın olmaması isə müsbət hal kimi dəyərləndirilir. Belə ki, açıq yerdən təbiətin gözəl mənzərəsini seyr etmək olar.

Teqlər: