Sentyabrda Türkiyədə xaricilərə nə qədər ev satılıb?

Sentyabrda Türkiyədə xaricilərə nə qədər ev satılıb?

Türkiyə Statistika Təşkilatı - TÜİK, 2022-ci ilin sentyabr ayı üçün ev satış statistikasını açıqlayıb. Bu çərçivədə “Sentyabr ayında xaricilərə nə qədər ev satılıb?” sualına da cavab verilib.

Türkiyə Statistika Təşkilatının açıqladığı məlumatlara görə, Türkiyə daxilində mənzil satışları sentyabr ayında bir əvvəlki ilin eyni ayına görə yüzdə 22,9 azalaraq 113 min 402 oldu.

Ev satışlarında ən yüksək pay 19 min 89 ev satışı və 16,8% ilə İstanbul olub. Satış sayına görə İstanbulu 8 min 812 ev satışı və 7,8% payla Ankara, 6 min 338 ev satışı və 5,6% payla İzmir izlədi.

2022-ci ilin sentyabr ayında əcnəbilərə NEÇƏ EV SATILIB?

Xaricilərə mənzil satışı sentyabr ayında bir əvvəlki ilin eyni ayına görə yüzdə 23,8 azalaraq 5 min 49 olub. Sentyabrda xaricilərə ev satışının ümumi ev satışlarında payı 4,5% təşkil edib. İstanbul 1795 əməliyyat ilə əcnəbilərə ev satışında birinci yeri tutub. 1585 ev satışı ilə Antalyanı 335 ev satışı ilə Mersin izlədi.