Türkiyənin Qaziantep bölgəsi ən qədim insan məskənlərindən biridir. Anadolunun cəlbedici turizm məkanlarından birinə çevrilməsinin də mühüm səbəbindən biri məhz budur.
Zəngin tarixi abidələri, əsrarəngiz təbiəti, bərəkətli torpağında becərilən nadir məhsulları ilə daim cəlbedici olan Qaziantepi yerli və xarici turistlərə bağlayan saysız-hesabsız səbəblər var.
Fərat çayının əzəməti də bu bölgəni ziyarət edənləri öz təsirində saxlayır.
Birəcik Su Anbarının ətrafı isə göz oxşayan nadir təbiət abidəsidir. Su hövzəsinin sahillərində yerləşən qaya-evlərdən ibarət qədim Halfeti yaşayış məskəni seyrçini valeh edir.