Xorvatiya "Şengen zonası"na qoşulmağa hazırlaşır

Xorvatiya

Xorvatiya 2023-cü il yanvarın 1-dən Şengen zonasına üzv ola bilər. 

Xorvatiyanın baş naziri Andrey Plenkoviç bildirib ki, ölkəsi 2023-cü il yanvarın 1-də Avropa Birliyinin Şengen zonasının bir hissəsi olmaq yolunda son rəsmi maneələri dəf etməyi gözləyir.

Baş nazir vurğulayıb ki, Xorvatiya Şengenə qoşulmaq üçün bütün zəruri tələbləri yerinə yetirib.