Naftalanda qoltuq ağaclarının nümayiş etdirildiyi nadir muzey yaradılıb

Naftalanda qoltuq ağaclarının nümayiş etdirildiyi nadir muzey yaradılıb

Hazırda Naftalanda 3-ü 5 ulduzlu olmaqla 16 hotel və sağlamlıq mərkəzi fəaliyyət göstərir.

Bunu Naftalanda keçirilən "Naftalan - Sağlamlıq və Turizmin Sinerji Mənbəyi: Regionda Yeni Reallıqlar" beynəlxalq elmi-pratik konfransında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov bildirib.

"Bu obyektlər gündəlik 3,4 min insana xidmət göstərmək imkanına malikdir. 2019-cu ildə koronavirus (COVID-19) pademiyasından əvvəl bura 40 min turist səfər edib ki, bu da müstəqillik dövründə ən yüksək göstərici olub", - deyə o, qeyd edib.

Bundan başqa, icra başçısının sözlərinə görə, Naftalan neftinə ilk dəfə yerli icra hakimiyyətinin müraciəti əsasında dövlət standartı verilib.

Naftalanın turizm potensialı barədə də danışan nazirlik rəsmisi deyib ki, burada regionda ilk dəfə bərpa olunan enerji mənbələrindən istifadə olunub:

"Naftalanın mərkəzi parkında günəş enerjisi ilə işləyən lampalar və batareyalar quraşdırılıb. Bu işlər bölgədə daha da genişləndiriləcək. Naftalanda dünyada yeganə sağlamlıqla bağlı muzey yaradılıb. Burda müxtəlif dövrlərdə xəstələrin istifadə etdiyi qoltuq ağacları və müxtəlif əşyalar nümayiş etdirilir".