Koronavirusla bağlı bütün məhdudiyyətlər aradan qaldırıldıqdan sonra Honq Konq hakimiyyəti xarici turistləri pulsuz aviabiletlərlə bölgəyə cəlb etməyə başlayacaq. Təfərrüatlar barədə Singtao nəşri məlumat yayıb.
COVID-19 pandemiyası səbəbindən Honq-Konqa turizm kəskin şəkildə aşağı düşüb. Səyahətçiləri Asiyanın məşhur şəhərinə geri qaytarmaq üçün yerli hökumət 2020-ci ildə 500 min aviabilet alıb və onların yaxın gələcəkdə turistlərə paylanması planlaşdırılır.
Honq-Konq səlahiyyətlilərinə görə, bölgədəki bütün məhdudiyyətlərin aradan qaldırılması üçün daha üç-altı ay vaxt lazım olacaq. Biletlərin necə paylanacağı və onları kimin ala biləcəyi barədə hələlik məlumat verilməyib. Bundan əvvəl məlum olub ki, Honq Konq hakimiyyəti sentyabrın 26-dan etibarən xarici turistlər, o cümlədən ruslar üçün məcburi üç günlük karantini ləğv edib. Eyni zamanda, turistlər hələ də peyvəndin tam kursunu bitirmə sertifikatını təqdim etməli və ilk üç gündə insanların sıx olduğu yerlərdən qaçmalıdırlar.