20 Sentyabr 2022

Rus turistlər artıq bu 4 ölkəyə səyahət edə bilməyəcəklər

Rus turistlər artıq bu 4 ölkəyə səyahət edə bilməyəcəklər

Rusiya ilə həmsərhəd olan dörd Avropa İttifaqı (Aİ) ölkəsi viza sanksiyaları tətbiq etməyə başlayıb və dünən axşam saatlarından etibarən viza almaq istəyən rus turistləri rədd etməyə başlayıblar.

Sərhədlərini açıq saxlamağa qərar verən Finlandiya, viza istəyən Rusiya vətəndaşlarına verdiyi randevuların sayını azaldır, Polşa, Estoniya, Latviya və Litva tərəfindən tətbiq edilən bu məhdudiyyətlər isə AB sanksiyalarının son həlqəsidir.

Aİ Rusiyadan Aİ ölkələrinə bütün uçuşları qadağan etdi, yalnız dəmir yolu və avtomobil şəbəkəsini açıq qoydu və bu ay Şengen bölgəsində Rusiya vətəndaşlarına sərbəst hərəkət vizalarını məhdudlaşdırdı. Bununla belə, bu gün rusiyalı turistlərə tətbiq edilən səyahət məhdudiyyəti yük maşını sürücülərini, Aİ ölkələrində daimi yaşamaq icazəsi olanları, ailələrini ziyarət edənləri və Aİ-dən sığınacaq istəyən rusiyalı dissidentlərini əhatə etmir.