Azərbaycanda da istifadə edilən Rusiyanın "Mir" kartları ilə bağlı Amerika sanksiyalar tətbiq etməyə hazırdır. ABŞ hakimiyyəti Rusiyanın ödəniş sistemindən istifadəni dəstəkləyən ölkələrə qarşı sanksiyalar tətbiq edəcəyini elan edib.
Hesabatda deyilir ki, NSPK (Milli Ödəniş Kart Sistemi - Red.) ilə yeni və ya genişləndirilmiş müqavilələr bağlayan qeyri-ABŞ maliyyə qurumları Rusiyaya ABŞ sanksiyalarından yayınmağa kömək edə bilər.