1980-ci ildən xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 22 min 424 tarixi əsər və mədəniyyət sərvəti Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsinə tabe olan mədəni sərvət qaçaqmalçılığı ilə mübarizə qrupları tərəfindən Türkiyəyə geri gətirilib.
Mədəni İrs və Muzeylər Baş Müdirliyinin dərc etdiyi “Xaricdən Qaytarılan Əsərlər” siyahısına əsasən, 1980-ci ildən sonra 17 ölkədən həyata keçirilən 130 araşdırma çərçivəsində xaricdən geri gətirilən tarixi əsər və mədəniyyət sərvətlərinin ümumi sayı 22.424 olub.
Ən çox tarixi əsərlərin gətirildiyi ölkələr siyahısında Almaniya, Xorvatiya, İngiltərə, ABŞ və Serbiya yer alır. Siyahıya əsasən, Almaniyadan 8 min 658, Xorvatiyadan 4 min 147, İngiltərədən 3 min 739, ABŞ-dan 2 min 520, Serbiyadan 1865, digər ölkələrdən 1495 əsər gətirilib.
Bu il geri qaytarılan əsərlərdən 1059-u Xorvatiyadan, 50-si ABŞ-dan, 3-ü Almaniyadan, 1-i İngiltərədən gəlib. Bu il geri qaytarılan əsərlər və onların xüsusiyyətləri belədir:
“ABŞ, Kentukki Sərhəd və Mühafizə Bürosu tərəfindən 2010-cu il mayın 13-də müsadirə edilmiş 21 qab nazirlik mütəxəssisləri tərəfindən araşdırılıb. Onların Anadolu mənşəli və Roma dövrünə aid yerli qablar olduğu aydınlaşınca qaytarılması istənilib. ABŞ-da məhkəmə prosesi başa çatdıqdan sonra 2022-ci ilin əvvəlində Vaşinqtondakı Türkiyə səfirliyinə təhvil verilib".