Beynəlxalq Dünya Səyahət Mükafatlarının təşkilatçılarının verdiyi məlumata görə, ötən gün Ho Şi Min şəhərində 29-cu mükafatlandırma mərasimi keçirilib. Asiya ölkələri arasında Filippin, “Asiyanın ən yaxşı çimərlik yeri” və “Asiyanın ən yaxşı dalğıc yeri” nominasiyalarında liderdir.
Bundan əlavə, Manilanın İntramuros ərazisi Asiyanın ən yaxşı turistik məkanı kimi tanınıb. Filippinin bu dəfəki rəqibləri Hindistan, İndoneziya, Malayziya, Şri-Lanka, Tailand və Vyetnam olub.
Filippin dalbadal altıncı dəfə World Travel Awards tərəfindən Asiyanın ən yaxşı çimərlik məkanı seçilib və ölkə dördüncü dəfə İndoneziya, Malayziya və Taylandı qabaqlayaraq Asiyanın Aparıcı Dalğıc Destinasiyası adını qazanıb.