Rusiyada bir çox turist qiymət üstünlüyü və xidmət keyfiyyətinə görə ölkənin cənub sahillərində yerləşən otellər əvəzinə xaricdəki otellərə üstünlük verir. Məsələn, Soçi və Anapa kimi Qara dəniz çimərlikləri yerinə xaricdəki otellərə üstünlük verməyə davam edir.
“Noviye İzvestiya” qəzetinin xəbərinə görə, Soçidə 2-3 ulduzlu otellərdə həftəlik tətil qiyməti 50 min rubl civarındadır. Bu qiymətə yeməklər daxil deyil. Misirə uçuş daxil olmaqla iki nəfərlik həftəlik tur paketinin qiyməti təxminən 200 min rubl təşkil edir. Türkiyədə 3-4 ulduzlu otellərdə bu rəqəm yayda iki nəfər üçün təxminən 70 min rubl olaraq qeydə alınıb.
Rusiya sahillərində keyfiyyətli otellərdə iki nəfər üçün bir həftəlik qiymət 200 min rubla qalxsa da, bu otellərdə hər şey daxil sistemi tətbiq edilmir. Soçidə "hər şey daxil" sistemini tətbiq edən nadir otellərdən biri olan Radisson Sochi iki nəfər üçün 487 min rubla başa gəlir.