Rusiyalı turistin Şengen vizasının olması Aİ-yə daxil olmaq üçün ilkin şərt olsa da, onun konkret ölkəyə daxil ola biləcəyinə zəmanət deyil.
TASS xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrel bazar ertəsi Praqada keçirilən Aİ parlamentlərarası konfransında videoformatda çıxışı zamanı deyib.
“Aİ [xarici işlər] nazirləri [30-31 avqust tarixlərində Praqada keçirilən qeyri-rəsmi görüşdə] razılığa gəldilər ki, Aİ ölkələri öz sərhədlərinə və bütün ölkəyə daxil olanlara nəzarəti təmin etməlidir. Yəni vizanın olması [ Rus] turistin bu və ya digər ölkəyə daxil olması üçün ilkin şərtdir, lakin o, sərhəddə nəzarətdən keçməlidir və o, ölkəyə buraxılmaya bilər”, - Borrell bildirib.