22 günlük Antalya tətili 599 avroya

22 günlük Antalya tətili 599 avroya

Sosial mediada gündəmin mövzularından biri, Almaniyada təbii qazın qiymətinə qarşı 22 günlük Antalya tətilinin 599 avroya təklif edilməsidir.  

Almaniyadakı təqaüdçülər qışda enerji xərclərinin qarşısını almaq üçün cənuba köçməyi planlaşdırarkən, Lidl ucuz supermarketlər şəbəkəsinin səyahət agentliyi Antalyada 5 ulduzlu oteldə hər şey daxil olmaqla 22 günlük tətil üçün 599 avroluq kampaniya başlatdı.

Türkiyədən olan bir çox istifadəçi sosial mediada tətilin almanlara daha ucuz, fərqli qiymətə satışa çıxarıldığına diqqət çəkib.

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların səbəb olduğu hadisələrin ardınca Moskva ilk olaraq Avropaya qaz klapanlarını bağladığından qarşıdakı qışda Avropanı ciddi sınaq gözləyir. Almaniya mətbuatı təqaüdçülərin soyuq ayları Türkiyə, Yunanıstan və Tunisdə keçirməyə üstünlük verdiyinə dair xəbərlərinə geniş yer verir.