Rumıniya bu tarixdən Şengen zonasına daxil olur

Rumıniya bu tarixdən Şengen zonasına daxil olur

Rumıniya 2023-cü ilin yanvarında Şengen zonasına daxil ola bilər. Bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku bildirib.

Aureskunun sözlərinə görə, bu gün Rumıniya Avropa İttifaqı qarşısında əsas öhdəliklərini yerinə yetirib və indi ölkə Şengen zonasına daxil olmağa tam hazırdır. O diqqətə çatdırıb ki, son bürokratik maneələri aradan qaldırmaq üçün altı aydan az vaxt lazım olacaq.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz Rumıniya, Bolqarıstan və Xorvatiyanın Şengen zonasına inteqrasiyasını təsdiqləyib. Rumıniya, Xorvatiya və Bolqarıstan Avropa İttifaqının ölkələri olmalarına baxmayaraq hələ də Şengen sazişinə daxil olmayıblar. Şengen sazişi Aİ-yə üzv dövlətlər daxilində sərhəd və gömrük məhdudiyyətlərinin aradan qaldırılmasını nəzərdə tutur.