Türkiyə Otelçilər Federasiyasının (TÜROFED) vitse-prezidenti Bülent Bülbüloğlu iyul və avqust aylarında otellərin dolu olduğunu, sentyabr və oktyabr aylarında doluluq nisbətinin yüksək olduğunu bildirib. O, cari rezervasiyalar, uçuş nömrələri və turoperatorların sentyabr, oktyabr və noyabr ayları üzrə hesabatlarına nəzər saldıqda nazirliyin hədəflərinin yerinə yetirildiyini söyləyib.
Bülbüloğlu, artıq 2023-cü il rezervasiyalarının başladıqlarını, dünyada heç bir maneə olmadığı təqdirdə Türkiyə və Muğlada rekordların qeydə alınacağını deyib.
2023-cü il mövsümündə tətil qiymətlərinin builkindən 15-20 faiz daha baha olacağını qeyd edən Bülbüloğlu, insanların tətilə getməyə davam edəcəyini, lakin tətil müddətinin qısala biləcəyini də bildirib.
2023-cü il üçün otel qiymətlərinin xarici valyutada minimum 20 faiz artdığını qeyd edən Türkiyə Otelçilər Dərnəyinin sədri Mürebba Eresin, artımların bəzi otel və bölgələrdə yüzdə 50%-ə çatdığını qeyd etdi.
Türkiyə Səyahət Agentlikləri Dərnəyi (TÜRSAB) Başçısı Firuz Bağlıkaya bu ilin yanvar-iyul aylarında Türkiyəyə gələnlərin sayının əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 128,28 artdığını, Türkiyənin adambaşına düşən turizm gəlirinin isə azaldığını bildirib. 2021-ci ilin ilk 6 ayında adambaşına düşən 818 dollar olan turizm gəlirinin bu ilin eyni dövründə 770 dollara düşdüyünə diqqət çəkən Bağlıkaya, turizmdəki performansın artırılmasının lazım olduğunu vurğulayıb.