Rus turistlərin avtomobilləri Helsinki hava limanında parkinqi zəbt edib

Rus turistlərin avtomobilləri Helsinki hava limanında parkinqi zəbt edib

Avropa İttifaqının sanksiyaları səbəbindən birliyə üzv olan ölkələrə birbaşa uça bilməyən ruslar müxtəlif yollarla Aİ-yə səfər edirlər.

Rusiya aviaşirkətlərinə qoyulan qadağalara baxmayaraq, rusiyalı turistlər Finlandiya üzərindən Aİ ölkələrinə keçiblər.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib: “Helsinki hava limanı hazırda çoxlu sayda rus turisti qəbul edir".

Finlandiyanın Helsinki-Vantaa beynəlxalq hava limanı rusiyalı turistlər üçün mühüm tranzit mərkəzinə çevrilib. Belə ki, Şengen vizası olan rus turistlərin bölgə daxilində sərbəst səyahət etmək imkanı var. Finlandiyaya avtomobilləri ilə gələn turistlər buradan Avropa ölkələrinə səyahət edə bilirlər. Beləcə, rusiyalı turistlərin avtomobilləri Helsinki hava limanında avtomobil dayanacağını zəbt edib.