İstanbul iyulda turist sayına görə son 10 ilin rekordunu yeniləyib

İstanbul iyulda turist sayına görə son 10 ilin rekordunu yeniləyib

İyul ayında 1 milyon 759 min 506 əcnəbinin ziyarət etdiyi İstanbulda aylıq turist sayına görə son 10 ilin rekordu yenilənib.

Bu barədə İstanbul Şəhər Mədəniyyət və Turizm İdarəsi məlumat yayıb.

Məlumata əsasən, bu ilin yeddi ayı ərzində şəhəri 8 milyon 514 min 806 xarici turist ziyarət edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56 faiz çoxdur. Bu il təyyarə ilə İstanbula gələnlərin sayı 53 faiz, dəniz yolunu seçənlərin isə 894 faiz çoxalıb.

Hesablamalara görə, bu ilin yanvar-iyul ayları üzrə Türkiyəyə gələn hər üç turistdən biri İstanbulu seçib.