Bu otelin vanna otağında kranı açanda “Kölş” markalı pivə tökülür

Bu otelin vanna otağında kranı açanda “Kölş” markalı pivə tökülür

Almaniyanın Köln şəhərindəki “Hotel zur Malzmühle” otelinin müsafirləri vanna otağında duş qəbul etmək və əllərini yumaqla bərabər, kranı açıb özlərinə bir parç pivə də süzə biləcəklər. Bəli, bu otelin vanna otağında kranı açanda “Kölş” markalı pivə tökülür. Həmin mehmanxana məhz bu səbəbdən bütün ölkədə, hətta qonşu ölkələrdə də məşhurlaşıb.

Bir neçə gün bu oteldə qalanlar internetdə çoxlu rəylər paylaşırlar.

Otelin sahibləri bu məsələni hərtərəfli ölçüb-biçiblər. Otelin nömrələrində içki məclisləri təşkil etməyə icazə verilmir. Bu səbəbdən krandan pivə yalnız diqqəti cəlb etməyən 5 litrlik çəlləklərdən süzülür. Çəlləklərdəki pivəni hər gün təzələyirlər. “Pivə oteli”ndə hər nömrədə bir və ya iki nəfər qalır. Bir nəfərin gündə 2,5 litrdən çox pivə içməsi isə güman edilmir. İki nəfərlik nömrədə bir gecə qalmaq 190 avroya başa gəlir. Buraya bütün xidmətlər, o cümlədən krandan pivə süzülməsi daxildir. Bir sözlə, hər şey almansayağı hesablanıb.