Avropa İttifaqının ali nümayəndəsi Josep Borrell Şimali Avropa ölkələrinin Rusiya vətəndaşlarına turist vizalarının verilməsini tamamilə qadağan etmək təkliflərini dəstəkləmədiyini bildirib.
İspaniyanın Santander şəhərində keçirilən forumda çıxış edən Borrell, “Bu, çox mübahisəli bir təklifdir. Artıq bəzi ölkələr bununla bağlı müəyyən tədbirlər görüb, bəziləri isə yox. Məncə, bütün rusların Aİ-yə girişini qadağan etmək yaxşı fikir deyil. Biz daha seçici olmalıyıq”, - deyə o bildirib.
Rusiyanın aparıcı iş adamlarının AB-yə girməsinə icazə verilməməsi lazım olduğunu müdafiə edən Borrell, "Ancaq ölkəni tərk etmək istəyən və bu vəziyyətdə orada olmaq istəməyən çoxlu rus var. Biz onlara qapılarımızı bağlaya bilmərik, məncə, bu, yaxşı fikir deyil", - söyləyib.