Qambiya hökuməti gənc kişiləri hədəf alan İngilis qadın turistləri ölkəsinə gəlməməyə çağırış edib. Britaniya mediası orta yaşlı və yaşlı britaniyalı qadın turistlərin İngiltərənin keçmiş müstəmləkəsi olan Qambiyaya tur yolu ilə getdiyini xatırladıb.
İdarə Direktoru Ebubekir Camara, "Ölkəmizdən zövq alan və mədəniyyəti ilə maraqlanan turistlər istəyirik, ancaq ölkəyə yalnız seks üçün gələn turistləri istəmirik", - deyib.
Yaşlı İngilis qadınların və Qambiyalı gənclərin əvvəlcə internet və sosial media vasitəsilə tanış olduğu, daha sonra qadınların Qambiyaya getdiyi məlum olur. Qambiyada bir çox kişi özlərini bazara çıxarmaq məcburiyyətində qalaraq bir neçə gün ərzində 200 funt-sterlinqə yaxın qazanır. Bu adətən bir aylıq əmək haqqına bərabərdir.
İngiltərənin ən çox oxunan tabloid qəzetlərindən biri olan Daily Star-a danışan tur bələdçisi Kausu Samateh insanların kasıb olduqları üçün başqa çarələrinin olmadığını, burada yaşayanların Avropaya getməyin daha yaxşı bir seçim olduğunu düşündüklərini və gənc kişilərin yaşlı qadınların onları İngiltərəyə aparacağına ümid etdiklərini bildirib.