1 Oktyabr 2021, 10:25

Komitə sədri: "Hər bir otelin aldığı ulduz göstərdiyi xidmətlə üst-üstə düşəcək"

Komitə sədri:

Turizm haqqında yeni qanun hazırlanır. Qanunda kifayət qədər yeniliklər var. Turizm sektorunun tənzimlənməsi, sahibkarlara güzəştlərin edilməsi, Qarabağda turizmin inkişaf etdirilməsilə bağlı dövlətin apardığı iqtisadi siyasət bu qanunda öz əksini tapıb.

Bu zözləri Milli Məclisin İqtisadi siyasət və sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili hotellərə ulduz dərəcələrinin verilməsi mərasimində deyib.

“Düşünürəm ki, irəlidə bizi yeniliklər gözləyir. Turizm sektorundan gözlətilərimiz çox böyükdür. Bu sahə Azərbaycanda innovasiyaların tədbiqi və inkişafı baxımından da aparıcı rola malik olacaq”, - deyə Tahir Mirkişili söyləyib.

Milli Ulduz təsnifat sistemini yüksək qiymətləndirən Tahir Mirkişili bildirib ki, hər bir otelin aldığı ulduz müştərilərə göstərilən xidmətlə üst-üstə düşəcək.