İyulun sonundan etibarən ölkənin şərqində, rusların sıx getdiyi Finlandiyanın İmatra şəhərində hər gün Ukraynanın dövlət himni səslənir. İmatra yaxınlığındakı Lappeenranta şəhəri də rusların Finlandiyada tez-tez ziyarət etdikləri yerlərdən biridir. Bir çox ruslar alış-veriş üçün bu yerə üstünlük verirlər. Rusların üz tutduqları ticarət mərkəzlərinə baxan meriyada hər axşam Ukrayna himni səsləndirilir.
Lappeenranta Bələdiyyə Başçısı Kimmo Jarva bildirib ki, məqsəd Ukraynaya dəstək göstərmək və müharibəni pisləməkdir, lakin Finlandiya müharibə səbəbindən ruslar üçün turist vizalarını məhdudlaşdırmağa hazırlaşır.
Keçən həftə nəticələri açıqlanan sorğuya görə, Finlandiyada əhalinin 58 faizi viza məhdudiyyəti istəyir, rus turistlər isə bu bölgələr üçün əhəmiyyətli bir gəlir mənbəyidir.