Yanardağ Dövlət Qoruğunda nələr var?

Yanardağ Dövlət Qoruğunda nələr var?

Yanardağ Dövlət Qoruğuna giriş yerli ziyarətçilər üçün 2 AZN, xarici ziyarətçilər üçün 9 AZN, tələbələr üçün isə 1 AZN təşkil edir. Siz kombinə olunmuş bilet alaraq həm Yanardağ həm də Atəşgah qoruqlarına giriş əldə edə bilərsiniz. Milli Qəhrəmanlar, müharibə veteranları, 18 yaşına qədər uşaqlar, I və II qrup əlillər üçün giriş ödənişsizdir. "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna girişdə 10 nəfərdən ibarət olan qruplar üçün 10% güzəşt tətbiq edilir.

Qoruqda əyləncəli hissədə skuter turu təklif edilir, ekstrim sevərlər 40 AZN ödəməkə bu turlara qoşula bilərlər. Qoruğun ərazisində həmçinin "Yanardağ Xalça Evi və Restoran” fəaliyyət göstərir.