11 Avqust 2022, 11:35

Əriyən buzlaqlarda insan və təyyarə qalıqları tapılıb

Əriyən buzlaqlarda insan və təyyarə qalıqları tapılıb

İsveçrənin Alp dağlarında rekord yüksək temperatur fonunda əriyən buzlaqlar insan qalıqlarını və 1968-ci ildə qəzaya uğrayan təyyarənin qalıqlarını üzə çıxarıb.

“The Guardian” yazır ki, skeletlərdən biri avqustun 3-də iki fransız alpinist tərəfindən Çessen buzlaqına dırmaşarkən aşkar edilib. Bu barədə Lenta.ru yazır.

Polis jurnalistlərə bildirib ki, skelet elə həmin gün helikopterlə çıxarılıb. Ərazidə bir çox səyahətçinin qalxmağa başladığı daxmanın baxıcısının sözlərinə görə, qalıqlar təxminən 10 il əvvəl artıq istifadə olunmayan köhnə cığırın yaxınlığında tapılıb. Həmsöhbət alpinistlərin köhnə xəritədən istifadə etdiyini güman edir.