Fransanın paytaxtı Paris yaxınlığında yerləşən Vensen qalasına Rusiya vətəndaşlarının daxil oması qadağan edilib.
Bu barədə Fransa Silahlı Qüvvələr Nazirliyi AFP-nin sorğusuna cavabında bildirib.
Sorğuya əsasən, Rusiyanın Ukraynada apardığı müharibəyə görə rusiyalıların hərbi obyektlərə buraxılmasına məhdudiyyət qoyulub. Vensen qalası da hərbi obyektlərdən sayılır.
Bildirilib ki, bu il iyulun 28-də Rusiya vətəndaşı olan iki gənc qadın pasportlarını təqdim edərək qalanı ziyarət etmək istəyib. Ancaq mühafizə bildirib ki, Rusiya vətəndaşı olduqları üçün onları qalaya buraxmırlar.