Finlandiya Xarici İşlər Nazirliyinin konsulluq xidmətinin rəhbəri Yussi Tanner bildirib ki, Finlandiya hökuməti digər Aİ ölkələrinə Finlandiya vizası ilə səyahət edən ruslar üçün tranzit turizmini məhdudlaşdırmağı planlaşdırır, Aİ xarici işlər nazirləri bu məsələni avqustun sonunda müzakirə edəcəklər
"COVID-ə qarşı səyahət məhdudiyyətləri qaldırıldıqdan sonra Rusiyadan Finlandiya ilə sərhəd keçidlərinin sayı yaz və yayın əvvəli ilə müqayisədə 10-30% artıb. Bununla belə, Finlandiya Xarici İşlər Nazirliyi rusların bu gəlişinə müdaxilə etməli olacaq".
Nazirliyin məlumatına görə, bəzi rusiyalı turistlər Finlandiyadan tranzit məntəqə kimi istifadə edirlər, lakin Finlandiya tərəfindən verilən əvvəlki viza yalnız başqa ölkəyə tranzit üçün istifadə olunubsa, yeni Finlandiya vizası üçün müraciət rədd edilə bilər.
Konsulluq xidmətinin rəhbərinin qeyd etdiyi kimi, Finlandiya Xarici İşlər Nazirliyi turist vizalarının sayını azaldır, respublikanın Rusiyadakı diplomatik nümayəndəliklərində qəbula yazılmaq imkanlarını məhdudlaşdırır. Bundan əlavə, gələcəkdə viza müraciətlərinə baxılma müddətinin artırılması da istisna edilmir.
Rusiyanın bəzi nəqliyyat şirkətləri Sankt-Peterburqdan bütün Avropaya birbaşa uçuşlar həyata keçirən Helsinki və Lappeenrata hava limanlarına avtomobillə səyahətlər təklif etməyə başlayıblar.
"Aİ-nin gələcəkdə bu biznes növünə müəyyən məhdudiyyətlər qoyacağı ehtimalı var", - deyə Tanner bildirib.