8 Avqust 2022, 14:29

Sentyabrın ortalarınadək Antalyada beşulduzlu otellərdə boş yer qalmayıb

Sentyabrın ortalarınadək Antalyada beşulduzlu otellərdə boş yer qalmayıb

Dünyanın ən əhəmiyyətli turizm mərkəzlərindən biri olan Türkiyənin Antalya şəhərin kütləvi turist axını davam edir.

Türkiyənin turizm nümayəndələri Antalyada xüsusilə beşulduzlu və “delüks” otellərdə avqust və sentyabrın ortalarına qədər rezervasiyaların tam dolduğunu açıqlayıb.

50-dən çox oteldə turizm fəaliyyəti ilə bağlı araşdırma aparan turizm meneceri Receb Yavuz Antalyaya gündəlik girişlərin 80-90 min olduğunu qeyd edib.