Avropa otellərində qiymətlər təxminən 50% artıb

Avropa otellərində qiymətlər təxminən 50% artıb

Schengenvisainfo portalının məlumatına görə, ilin əvvəlindən Avropada mehmanxanalarda yerləşmə qiyməti təxminən 50% artıb. Bu barədə TravelPerk-in hesabatında deyilir.

Belə ki, ən çox qiymət artımı Barselonadakı otellərdə qeydə alınıb - 48%. Orada turist bir otaq üçün 153 avro ödəməli olacaq. Bu siyahının birinci hissəsində yaşayış yerlərinin qiyməti 40% bahalaşaraq otaq başına müvafiq olaraq 130 və 198 avroya qədər olan Paris və Berlin yer alır. Londonda qiymətlər 22% artaraq 200 avroya, Amsterdamda isə 36% artaraq 184 avroya çatıb.

Mütəxəssislər hesab edirlər ki, qiymət artımı mehmanxanaçıların pandemiya zamanı dəyən maliyyə itkilərini kompensasiya etmək cəhdləri ilə bağlıdır. Bununla belə, Avropada tariflərin artırılması təkcə mehmanxana sektorunda deyil, həm də nəqliyyat sahəsində də qeyd olunub. Məsələn, Avropanın ən populyar marşrutları üzrə qatar biletlərinin qiyməti 25% artıb. Söhbət Parisdən Bordo, London, Hamburq və Berlindən Münhenə gedən marşrutlardan gedir. Eyni vəziyyət hava nəqliyyatı sahəsində də müşahidə olunur.