Dünyanın məşhur Accor qrupu Azərbaycandakı turizm bazarına gəlir

Dünyanın məşhur Accor qrupu Azərbaycandakı turizm bazarına gəlir

Azərbaycan Hotel Assosiasiyası (AHA) və "Accor" Qrupu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə “Accor”un mətbuat xidməti məlumat verir.

“Müqavilə inkişf edən turizm, biznes və investisiya bazarı qismində Azərbaycanın nüfuzunun möhkəmlənməsi üzərində birgə fəaliyyət üçün əməkdşlığı nəzərdə tutur”, - “Accor”un məlumatında deyilir.

“Accor New East Europe”un baş direktoru Aleksis Delaroff bəyan edib ki, Qrup AHA ilə əməkdaşlığın inkişfında maraqlıdır və Azərbaycanda mehmanxana biznesinin yeni standartlarının formalaşdrılması məqsədilə “Accor”un beynəlxalq ekspertiza ilə bölüşməyə hazırdır.

“Azərbaycan sonsuz turizm potensialına malikdir və dünyanın ən populyar kurortları ilə rəqabətə qadirdir. Ümid edirik ki, tanınmış brendlər altında daha çox sayda hotellərin meydana gəlməsi bu istiqamətin populyarlığının artımına imkan yaradacaq. Hazırda biz inkişafa dair planlar qururuq, Azərbaycanın dəniz, sağlamlıq və dağ-xizək kurortlarını, həmçinin Bakıda yeni layihələri nəzərdən keçiririk”, - məlumatda Delaroffun sözlərindən sitat gətirilir.

Məlumatda deyilir ki, Azərbaycanda “Accor”un portfoliosuna iki hotel daxildir: “Fairmont Baku” və 2021-ci ilin iyul ayında açılmış “ibis Baku City” ekonom sinif oteli.

“Yaxın zamanda “Accor” Azərbaycanda digər brendləri də təqdim etməyi planlaşdırır, çünki bu bazar Qrupun bu regionda inkişafı üçün əsas bazarlardan biridir”, - məlumatda vurğulanır.

"Accor" Qrupu 110 ölkədə 5300 mülkdən ibarət dünyanın aparıcı qonaqpərvərlik qrupudur. Onun qlobal portfeli lüks (məsələn, Fairmont, Raffles kimi), premium (Pullman, Swissôtel, Mövenpick, MGallery), orta səviyyəli (Novotel, Mercure) və ekonom (ibis ailəsi) hotel brendləri daxil olmaqla 40-dan çox hotel brendini əhatə edir.