2022-ci ildə yay tətili üçün dünyanın ən yaxşı şəhərləri - TOP-5

2022-ci ildə yay tətili üçün dünyanın ən yaxşı şəhərləri - TOP-5

Yamaykanın şimal sahilində yerləşən Sent Ceyms qraflığının paytaxtı Monteqo Bay 2022-ci ildə yay tətili üçün ən yaxşı şəhər seçilib. Bu, “ForwardKeys” innovativ şirkəti tərəfindən Dünya Səyahət Bazarı sərgisi üçün hazırlanan “Summer travel Outlook Report”un təqdim etdiyi məlumatlardır.

Tədqiqat göstərir ki, Montego Bay, 2019-cu ilə nisbətən 23 faiz daha çox turist qəbul edib. Dominikan Respublikasının Punta Kana və Meksikanın Kankun şəhərləri müvafiq olaraq 19 və 14 faiz artımla ikinci və üçüncü yerləri tutublar.

Yay tətili üçün ən yaxşı 5 şəhəri tamamlayan Misirin paytaxtı Qahirə və Hindistanın paytaxtı Dehlidir.

Ümumilikdə hesabat 2019 və 2022-ci illərin yay mövsümündə beynəlxalq turist gəlişləri baxımından müqayisə edilən iyirmi şəhəri təqdim edir.

Sankt Ceyms qraflığının paytaxtı Monteqo Bay adanın şimal sahilindədir. Bu, böyük bir limandır, çoxsaylı kruiz gəmiləri buraya üz tuturlar. Turistlər yerli çimərlik kurortlarını qeyd edirlər.